Azərbaycan tərəfindən Qarabağ regionunda keçirilən antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyini mütəmadi olaraq məlumatlandırılır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun antiterror tədbirləri davam etdirilir.
Bu gün Müdafiə Nazilriyi elan edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Qarabağda Ermənistan tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətənsdaşı: 4 hərbçi və 2 mülki şəxs həlak olub. Rəsmi Bakı bunu terror aktı kimi qiymətləndirir. **
X.Nəsirzadə