Çərşənbə axşamı Müdafiə Nazirliyi Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirib, onlara Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verilib.
“Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib”, - nazirliyin məlumatında deyilir.
Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Bakının Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.
Bu gün Müdafiə Nazilriyi elan edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Qarabağda Ermənistan tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətənsdaşı: 4 hərbçi və 2 mülki şəxs həlak olub. Rəsmi Bakı bunu terror aktı kimi qiymətləndirir. **
R.Əhmədov