Azərbaycan Silahlı Qüvvələri Qarabağ regionunda lokal xarakterli antiterror tədbirləri zamanı artilleriya, pilotsuz təyyarələr, döyüş aviasiyası tətbiq edir.
Bu barədə Qarabağ separatçıları məlumat verirlər.
Bu gün Müdafiə Nazilriyi elan edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Qarabağda Ermənistan tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətənsdaşı: 4 hərbçi və 2 mülki şəxs həlak olub. Rəsmi Bakı bunu terror aktı kimi qiymətləndirir. **