Türkiyədə Bakının çərşənbə axşamı Qarabağ bölgəsində başlatdığı antiterror tədbirlərini zəruri kimi xarakterizə ediblər.
«Azərbaycan yerlərdə üç illik narahatlığına məhəl qoyulmadıqdan sonra zəruri hesab etdiyi tədbirlər görməyə, o cümlədən Qarabağda antiterror əməliyyatı keçirməyə məcbur olub», - Türkiyə Xarici İşlər Nazilriyinin Ankarada yaydığı açıqlamada deyilir.
Eyni zamanda, Türkiyə XİN-də hesab edirlər ki, “Azərbaycan və Ermənistan arasında hərtərəfli danışıqlar prosesinin davam etdirilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur". **