Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasında tezliklə sülh həllinə ümid etdiyini bəyan edərək Qarabağın Azərbaycan ərazisi olduğunu xatırlatdı.
«Hər iki ölkə arasında mümkün qədər tezliklə hərtərəfli sülh sazişinin imzalanacağına ümid edirəm», - o, BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Eyni zamanda, Ərdoğan Qarabağı Azərbaycanın ərazisi kimi tanımayacaq nizamlanma variantlarını qəbuledilməz hesab etdiyini vurğulayıb. "Qarabağ Azərbaycan ərazisidir. Onun digər statusunu zorla qəbul etdirmək cəhdləri heç vaxt uğurlu olmayacaq", - o bildirib. Türkiyə lideri Qarabağın gələcəyi ilə bağlı fikirlərini bölüşərək ehtimal edib ki, bu ərazi «ermənilər də daxil olmaqla hamının - Azərbaycan ərazisində birlikdə yaşaya biləcəyi ərazi olmalıdır».
Türkiyə prezidenti xatırladıb ki, İrəvan və Bakı arasında danışıqlar prosesini hər zaman dəstəkləyib. «Təəssüf ki, Ermənistan bu tarixi şansdan istifadə etməyə tələsmir», - Ərdoğan hesab edir. **