Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib ki, Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ilə görüşüb. O, həmsöhbətinə Cənubi Qafqazda son hadisələr barədə məlumat verib.
“Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə görüşdüm. Regiondakı son hadisələr, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə məlumat verdim”, - Bayramov çərşənbə axşamı “X” sosial şəbəkəsində yazıb. **
R.Kərimov