Azərbaycan Müdafiə Nazirliyi ölkənin Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin gedişində Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatları təkzib edib.
“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır. Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.*
Xəbərlər şöbəsi