Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib, habelə strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilir”, - deyə məlumatda bildirilir.
Sentyabrın 19-da Müdafiə Nazirliyi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi və erməni hərbçilərin təxribatlarının qarşısının alınması məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını elan edib.*
R.Kərimov