Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopterin ələ keçirilməsi ilə bağlı məlumat yayıb.
“Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib”, - deyə məlumatda bildirilir.*
R.Kərimov