Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9% səviyyəsində saxlayıb.
AMB-nin məlumatında deyilir ki, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.
Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
AMB ardıcıl üçüncü dəfədir ki, uçot dərəcəsini dəyişməz saxlayır. Bundan əvvəl isə uçot dərəcəsi hər dəfə 25 baza bəndi olmaqla ardıcıl beş dəfə artırılıb. AMB sonuncu dəfə uçot dərəcəsini 2023-cü il mayın 4-dən 25 baza bəndi – 9%-ə qədər artırıb.
Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il noyabr ayının 1-də açıqlanacaq.*
A.Əzizov