Azərbaycan Müdafiə Nazirliyi Xankəndi şəhərinin atəşə tutulması barədə yayılan məlumatları təkzib edib.
“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Lokal xarakterli antiterror tədbirlərinin gedişində yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, - deyə nazirlikdən bildirilib.
Sentyabrın 19-da Müdafiə Nazirliyi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi və erməni hərbçilərin təxribatlarının qarşısının alınması məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını elan edib.*
R.Kərimov