Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Prezident Putinlə baş nazir Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyirik”, - deyə o, jurnalistlərə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə analoji danışığın olub-olmayacağı ilə bağlı suala Peskov belə cavab verib: “Hələ ki yox, təmaslar işçi səviyyədə davam etdirilir. Ehtiyac olarsa, telefon danışığı baş tuta bilər”.*