İrəvan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycanla Qarabağda atəşkəs və Ermənistan silahlı qüvvələrinin buraxılması barədə əldə edilmiş razılaşmanı nəzərə alıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Öyrəndik ki (...) Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşkəsə dair təklifini qəbul ediblər”, - deyə Paşinyan videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ermənistan mətnlə tanış olub və “biz onun tərtib edilməsində heç bir şəkildə iştirak etmədiyimizə və müzakirə tərəfi olmadığımıza görə birinci qeyd bundan ibarətdir ki, mətndə Ermənistan silahlı qüvvələrinin adı çəkilir, Ermənistan silahlı qüvvələrinin bölmələrinin qalıqlarının Qarabağdan çıxarılmasından bəhs edilir”.
“Biz bu bəyanatı nəzərə alırıq”, - deyə Paşinyan qeyd edib.*