Rusiya Prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İni Ukrayna və Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırmaq niyyətindədir.
“Sizi Ukrayna istiqamətində vəziyyət və Azərbaycan-Ermənistan nizamlanması sahəsində baş verənlərlə bağlı məlumatlandıracağam”, - deyə o, Van İnlə görüşdə bildirib.
“Biz münaqişənin bütün tərəfləri ilə çox sıx təmasdayıq. Ümid edirəm ki, deeskalasiyaya və bu problemin sülh yolu ilə həllinə nail olacağıq”, - deyə Rusiya Prezidenti vurğulayıb.*