Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
“Görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər”, - deyə dövlət başçısının saytında məlumat verilib.
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. Hər il sentyabrın 20-də Azərbaycanda Neftçilər Günü qeyd edilir.*
N.Abbasova