Rəsmi Astana Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edib.
“Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir. Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq”, - deyə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
O qeyd edib ki, Qazaxıstan yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edir.
“Əminik ki, Cənubi Qafqazda sülh atmosferin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir”, - deyə səfir vurğulayıb.*
X.Nəsirzadə