Prezident İlham Əliyev Qarabağ bölgəsində aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid və yaralılarımızın olduğunu bildirib.
“Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub”, – deyə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.
O əlavə edib ki, qarşı tərəf saat 13:00-da elan edilmiş atəşkəsə tam əməl etməyib. “Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu”, - deyə Əliyev qeyd edib.*
R.Kərimov