Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8079 manat/1EUR səviyyəsində (sentyabrın 20-nə 1.8155 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB səviyyəsində saxlayıb.
AMB sentyabrın 21-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0629 manat/1TRY səviyyəsində saxlayıb.**
X.Nəsirzadə