RF və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefon danışığı zamanı Qarabağda vəziyyətin gələcəkdə stabilləşməsi üzrə təxirəsalınmaz addımları müzakirə ediblər. Bu barədə cümə axşamı Kremin mətbuat xidmətindən məlumat verilib.
"Vladimir Putin Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin bu məsələlərdə Rusiya sülhməramlıları ilə əməkdaşlıq etməyə hazır olduğu təsdiqlənib", - məlumatda qeyd olunur.
Mətbuat xidmətindən vurğulanıb ki, söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.
«Danışıqlar trekində işlərin 2020-2022-ci illər ərzində ən yüksək səviyyədə məlum üçtərəfli razılaşmalar əsasında, ilk növbədə nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması istiqamətində fəallaşdırılması şərtləndirilib», - Rusiya dövlət başçısının mətbuat xidməti bildirib.
Kremlin məlumatına görə, Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) hərbçilərinin faciəli şəkildə həlak olması ilə bağlı dərin başsağlığı verib. «Baş verənlərin diqqətlə araşdırılacağı və günahkar şəxslərin hamısının cəzalandırılacağı vurğulanıb», - məlumatda bildirilir.
Qeyd olunur ki, bununla əlaqədar iki ölkənin Baş Prokurorları sıx təmasdadır.
Həmçinin, Azərbaycan Prezidenti həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. **
N.Abbasova