Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşlər zamanı Bakının Ankara və Vaşinqtonla hərbi əməkdaşlıq perpektivlərini müzakirə edib. Bu barədə cümə axşamı Müdafiə Nazirliyindən məlumat verilib.
«Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, görüşlər ABŞ-ın Nyuport şəhərində 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu çərçivəsində baş tutub. **
R.Kərimov