Qarabağda tabeliyindəki şəxslərin Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının ölümündə təqsirli bilindiyi Azərbaycan Silahlı Qüvvələri korpusunun komandiri vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə RF Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
«Cinayətdə ilk şübhəlilər saxlanılıb», - agentliyin həmsöhbəti əlavə edib.
Rusiya Müdafiə Nazirliyi dünən məlumat verib ki, Rusiya sülhməramlılarının olduğu avtomobil Qarabağda atəşə tutulub, ölənlər var.
“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar. Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələrihadisənin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər”, - Rusiya MN-nin məlumatında deyilir. **
N.Abbasova