Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinin maliyyələşdirilməsinə 6 milyard 421 milyon manat (cari məzənnə ilə $3,78 milyard) nəzərdə tutub.
Xəbər verildiyi kimi, 2023-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə xərclər 6 milyard 54 milyon 844,623 min manat (cari məzənnə ilə $3 milyard 561,4 milyon) səviyyəsində nəzərdə tutulub.
Beləliklə, 2024-cü ildə dövlət büdcəsində bu məqsədlər üçün maliyyələşmənin həcmi 6% artacaq.
“Ümumilikdə, 2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə büdcə xərclərinin 17,7%-i yönəldiləcək”, - “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən vurğulanıb ki, növbəti il ölkənin hərbi potensialının artırılması tədbirlərinə, həmçinin ordunun maddi-texniki təchizatının yaxşılaşdırılmasına 3 milyard manat ($1,76 milyard) ayrılacaq. **
A.Əzizov