Yaxın zamanda Azərbaycan nümayəndə heyətinin Qarabağ regionunun erməni sakinlərinin nümayəndələri ilə reinteqrasiya məsələləri ilə bağlı növbəti görüşü keçiriləcək.
Xəbər verildiyi kimi, cümə axşamı nümayəndə heyətlərinin ilk görüşü Yevlaxda baş tutub.
“Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib”, - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Yevlaxda keçirilən görüşün yekunlarına dair açıqlamasında deyilir. **
N.Abbasova