Azərtbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzurda minaların zərərsizləşdirilməsi prosesi davam edir.
Məlumata görə, Kəlbəcər rayonunda Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina zərərsizləşdirilib.
“Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb.
Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib”, - məlumatda deyilir.
MN-dən bildirilir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir. **
X.Nəsirzadə