Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel İrəvan və Bakını həll olunmamış məsələlər üzrə danışıqları bərpa etməyə çağırıb.
«Aİ Ermənistan ilə Azərbaycan arasında bütün həll olunmamış məsələlər üzrə danışıqların bərpa olunmasına çağırır (...) və əvvəlki kimi, bu cür danışıqların dəstəklənməsinə tam sadiqdir», - Aİ diplomatiyası rəhbərinin cümə axşamı Brüsseldə dərc olunmuş açıqlamasında deyilir.
Onun sözlərinə görə, Aİ 1991-ci il Alma-Atı Bəyannaməsinə uyğun olaraq həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edir. **