Rusiya tərəfi Qarabağdakı vəziyyətin normallaşması üçün hər cür köməklik göstərməyə davam etməyə hazırdır. Bu barədə RF-nin BMT yanındakı daimi nümayəndəsi Dmitri Polyanski cümə axşamı bəyan edib.
"Ümid edirik ki, Bakı və Xankəndi nümayəndələrinin əlaqələri səmərəli olacaq və regionda humanitar böhranın düzəldilməsi və Qarabağ əhalisinin sabit həyat fəaliyyətinin təmin edilməsi üçün dərhal tədbirlərin başlanmasına imkan verəcəkdir. Buna hər vasitə ilə kömək edəcəyik", - deyə o BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında çıxışı zamanı deyib.
"Qarabağlıların Azərbaycanın hüquq sahəsinə inteqrasiyasının mərhələli “yol xəritəsi" hazırlanmalıdır. Bu prosesləri Rusiya sülhməramlı kontingentinin xətti ilə fəal müşayiət edəcəyik", - o qeyd edib.
Polyanski vurğulayıb ki, «hazırda hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq və vəziyyətin siyasi-diplomatik sahəyə qaytarılması mütləq prioritetdir».
O, həmçinin deyib ki, «Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək prosesində aparıcı rol oynamaqda davam edir və bölgədə böhran vəziyyətinin tezliklə həll edilməsində başqalarının olmadığı qədər maraqlıdır». **