Bakı Qarabağ bölgəsindəki erməni silahlı birləşmələrinin keçmiş üzvlərinə amnistiya tətbiq edə bilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Hətta keçmiş hərbi qulluqçulara və komandirlərə - əgər onları belə təsnif etmək mümkündürsə - onlar üçün də amnistiyanı nəzərdən keçiririk”, - deyə o, “Reuters”ə açıqlamasında bildirib.
Hacıyev əlavə edib ki, Qarabağdakı bəzi ayrı-ayrı hərbi qruplaşmalar Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini bəyan ediblər.
Əliyevin köməkçisi əlavə edib ki, Qarabağın erməni əhalisi humanitar yardım istəyib və cümə günü bölgəyə üç yük çatdırılacaq.
“Azərbaycan Qarabağın erməni sakinlərinin sülh yolu ilə reinteqrasiyasını istəyir”, - deyə o əlavə edib.*
R.Əhmədov