Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysı qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən xəbər verir ki, Əliyev Azərbaycanla DB arasında gələcək əməkdaşlığın konkret istiqamətlərinin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.
“Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparılıb”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov