2023-cü ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 111 milyon manat (cari məzənnə ilə $65,3 milyon) təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. Bundan başqa, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb”, - deyə məlumatda qeyd olunur.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 40 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 361 nəqliyyat vasitəsi özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 2 161 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 541-i qeyri-yaşayış, 1 620-si isə torpaq sahələrinə dair olub.*
X.Nəsirzadə