Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar sentyabrın 22-də İrəvanda Ermənistan-Brüssel münasibətlərini, Azərbaycanla sərhəddə, Qarabağda mövcud vəziyyəti müzakirə ediblər.
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Ermənistan sərhədində, Qarabağda mövcud vəziyyət müzakirə olunub.
“Ermənistanla Aİ arasında əməkdaşlıq prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.*