İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.
“Biz əməkdaşlığın gündəliyində olan məsələləri: bank tərəfindən hazırlanmış investisiya layihələrinin indikativ proqramını; 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını; əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Cabbarova istinadən bildirir.*
X.Nəsirzadə