Bu gün İrəvanda hökumət əleyhinə keçirilən aksiyalarda 100 nəfərə yaxın etirazçı saxlanılıb. Bu barədə “İnterfaks”a yerli polis idarəsindən məlumat verilib.
“Bu gün ərzində 98 aksiya iştirakçısı saxlanılıb”, - deyə məlumatda bildirilir.
Saxlanılanlar hüquq-mühafizə orqanlarının nümayəndələrinin qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar.*