Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını dərc edib.
Təqdim edilmiş siyahıya əsasən, qanunsuz erməni silahlı birləşmələrindən aşağıdakı döyüş texnikası, silah və sursat müsadirə edilib: 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 “Zastava”, 12 minaatan, 12 haubitsa, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarası, 3 Faqot buraxıcı qurğu, 28 ZRK, 1 ZİL bazasında NDM, 1 TOR 2M EAL maşını KAMAZ bazasında.
Nazirlikdən qeyd edilib ki, bölgədəki qanunsuz silahlı birləşmələrin tərksilah olunmaları istiqamətində görülən işlər davam etdirilir.*
V.Əliyev