Sentyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı vəziyyəti müzakirə ediblər.
Blinken və Paşinyan, həmçinin Ermənistan-Azərbaycan sülh prosesinin perspektivlərini, regional təhlükəsizlik və Ermənistan-ABŞ ikitərəfli gündəliyinə dair məsələləri nəzərdən keçiriblər.*
Xəbərlər şöbəsi