Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkətinin ərazisində silah-sursat aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.*
V.Əliyev