Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə sentyabrın 25-də Naxçıvana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səfər çərçivəsində iki ölkənin liderləri və nümayəndə heyətləri arasında danışıqlar aparılacaq.
Xüsusilə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyinə dair məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq proseslər müzakirə olunacaq.*
V.Əliyev