Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin xarici və daxili təhlükəsizlik alətlərinin dəyişdirilməsinin və əlavə edilməsinin vacibliyini bəyan edib.
“Qarşılıqlı faydalı addımlara hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq edərək Ermənistanın xarici və daxili təhlükəsizlik alətlərini dəyişdirmək, əlavə etmək, zənginləşdirmək lazımdır. Bu istiqamətdə biz təkcə ordu və təhlükəsizlik qüvvələrinin dərin və hərtərəfli islahatlarını deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmaların de-yure təsbit edilməsini nəzərdən keçiririk, bu razılaşmalarla Sovet Ermənistanının inzibati sərhədləri Ermənistanın dövlət sərhədləri kimi de-yure təsbit olunur”, - deyə Paşinyan videomüraciətində bildirib.*