Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopterin mərmiləri ilə birgə aşkar edilməsi barədə məlumat yayıb.
“Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib”, - deyə məlumatda bildirilir.
Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.*
V.Əliyev