Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyanın efirində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qranadada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı suala belə cavab verib: “Biz çox istərdik ki, oktyabrın 5-də Qranadada bu istiqamətdə irəliyə doğru addım atılsın”.
“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna (sülh sazişinin imzalanmasına - İF) hazırıq”, - deyə Simonyan bildirib.*
Xəbərlər şöbəsi