İrəvanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryan oğlu Levonu bir ay müddətinə həbs edib.
«Levon Koçaryan hakimin qərarı ilə bir ay müddətinə həbs olunub», - onun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.
Koçaryanın işi üzrə məhkəmə iclası ötən bazar günü axşam saatlarında başlayıb və bazar ertəsi səhər başa çatıb.
Xəbər verildiyi kimi, Ermənistanın İstintaq Komitəsi sentyabrın 22-də etiraz aksiyaları zamanı Levonu dörd hüquq-mühafizə orqanının əməkdaşını döyməkdə ittiham edib. **