Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 25-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 25-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8102 manat/1EUR səviyyəsində (sentyabrın 22-nə 1.8109 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 25-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB səviyyəsində (sentyabrın 22-nə 0.0177 manat/1RUB) müəyyən edib.
AMB sentyabrın 25-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0626 manat/1TRY səviyyəsində (sentyabrın 22-nə 0.0627 manat/1TRY) müəyyən edib.**
B.Rüstəmbəyov