Kremldə Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Qranadada keçiriləcəyi ehtimal olunan görüşü şərh edərkən bəyan ediblər ki, əsas məsələ vəziyyətin həllinə kömək etmək, üçüncü tərəflərin vasitəçilik potensialı olmadan Qafqazda öz mövcudluğunu qeydə almaq cəhdlərini aradan qaldırmaqdır.
“Hələlik üçtərəfli (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin - İF) görüşlə bağlı heç bir dəqiq ehtimal yoxdur. Digər sülhməramlı səylərə gəldikdə, şübhəsiz ki, əsas məsələ bu vəziyyətin həllinə kömək etmək və ən başlıcası, belə deyək, hansısa üçüncü tərəflərin vasitəçilik potensialı olmadan Qafqazda öz mövcudluğunu qeyd etmək cəhdlərinin qarşısını almaqdır. Bu, çətin ki, vəziyyətə kömək edəcək", - RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, «əgər kimsə gərginlik səviyyəsini azaltmağa, erməni əhalisi və Qarabağın yeni reallığa inteqrasiyasına kömək edə bilərsə, bunu yalnız alqışlamaq olar». «Lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır», - Peskov deyib. **