Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərə gəlib.
Rəsmi Azərbaycan mətbuatı Ərdoğanın təyyarəsinin Naxçıvan hava limanına enişini yayımlayıb.
Öncə Türkiyə prezidentinin dəftərxanası məlumat verib ki, Ərdoğan bazar ertəsi Azərbaycan prezidentinin dəvəti ilə Naxçıvana səfər edəcək.
Burada planlaşdırılan danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlər, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular müzakirə olunacaq.
Bundan əlavə, liderlər Idğır-Naxçıvan Təbii Qaz Xəttinin təməlqoyma mərasimində və modernizə edilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər. **
N.Abbasova