Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
“İnterfaks-Azərbaycan”a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında müvafiq qərar qəbul olunub.
Konfransda ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
“Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub”, - nazirlikdən vurğulanıb. **
B.Rüstəmbəyov