Prezident İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib.
Əminəm ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək”, - Əliyev bazar ertəsi Naxçıvanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
O qeyd edib ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır.Onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Azərbaycan prezidenti bildirib ki, sentyabrın 21-də Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş (Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı - İF) keçirilib, “bu gün ikinci görüş keçirilib».
Əliyev əlavə edib ki, antiterror tədbirləri (19-20 sentyabrda - İF) nəticəsində “Azərbaycan öz suverenliyini bərpa edib».
“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsini qoymaqla, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”, - o qeyd edib.
Prezident əlavə edib: “24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”. **
R.Kərimov