Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycan 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı.
“Azərbaycan öz suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Əməliyyatın qısa müddətdə, dinc sakinlərə zərər dəymədən tamamlanması bizim üçün iftixar mənbəyidir”, - Ərdoğan bazar ertəsi Naxçıvanda Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatındabildirib.
«Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstəriblər", - Ərdoğan vurğulayıb.
Həmçinin, Türkiyə prezidenti bu proseslərin Cənubi Qafqazda münasibətlərin normallaşması üçün yeni fürsətlər açdığını qeyd edib.
“Bu fürsətin dəyərləndiriləcəyinə inanıram. Ermənistanın uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik. Bölgədə sülh və rifahın bərqərar olması – xalqlarımız qarşısındakı borcumuzdur. Bu məsələdə qətiyyətli və səmimiyik”, - Ərdoğan əlavə edib. **
B.Rüstəmbəyov