Amerikalı demokrat senator, erməni lobbiçi və ötən həftə korrupsiyada ittiham olunan qatı azərbaycanofob Robert Menendes bəyan edib ki, evindən götürülmüş yüz minlərlə dollar nağd pulu öncə fövqəladə hallar üçün hesabından çıxarıb.
«30 il ərzində şəxsi hesabımdan minlərlə dollar nağd pul çıxardım, bu pulu fövqəladə vəziyyət üçün saxladım», - Menendez deyib.
«Bəli, indi bu dəbdən düşmüşsayılır, lakin bu mənim şəxsi əmanət hesabımdan çıxarılan pullar idi: söhbət 30 il ərzində qanuni olaraq əldə etdiyim gəlirlərimdən gedir», - o qeyd edib.
2022-ci ilin iyununda senatorun evində aparılan axtarışlar zamanı federal agentlər 480 min dollardan çox nağd pul aşkar edrək götürüblər. Həmin pullar zərflərə yığılaraq paltarlar və şkaflarda gizlədilmişdi. Bundan əlavə, əməkdaşlar tərəfindən qızıl külçələri aşkar olunub.
Ötən həftə ABŞ Ədliyyə Nazirliyi Menendes və həyat yoldaşına qarşı korrupsiyada və nüfuzlarından istifadə ilə Misirə gizli yardım etmək ittiham irəli sürüb. Onlar sentyabrın 27-də məhkəməyə çıxacaqlar.
İttihamda iddia olunur ki, Menendes və həyat yoldaşı iş adamlarından yüz minlərlə dollar rüşvət alıblar. Əvəzində isə həmin şəxslərin müdafiəsi, o cümlədən Misir hökumətinin maraqlarına uyğun fəaliyyətləri üçün Menendes öz rəsmi nüfuzundan istifadəyə razılıq verib. **