2023-cü ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 349,6 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 34,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Avqustda İKZF-nin müvəkkil bankları tərəfindən 70,1 milyon manat məbləğində kredit (iyulda 35,9 milyon manat) verilib, bu da 2023-cü ilin əvvəlindən ən yüksək aylıq göstəricidir.
8 ay ərzində İKZF 312,4 milyon manat məbləğində krediti (artım 41,3% - İF) təkrar maliyyələşdirib.
Yanvar-avqust aylarında İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 65,7 milyon manat (azalma 8%) alıb.
Hesabat dövründə İKZF 220 milyon manat məbləğində (artım 41,9%), həmçinin avqustda 50 milyon manat məbləğində istiqraz yerləşdirib.
2023-cü ilin avqust ayında verilmiş ipoteka kreditinin orta həcmi 60,391 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,36% dərəcəsi ilə verilib.
2022-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 422,51 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
R.Əhmədov