Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 26-sı səhər saatlarlna müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını dərc edib.
Təqdim edilmiş siyahıya əsasən, qanunsuz erməni silahlı birləşmələrindən aşağıdakı döyüş texnikası, silah və sursat müsadirə edilib: 909 atıcı silah və qumbaraatanlar, 47 artilleriya silahları, 165 HHM vasitələri, 251308 döyüş sursatları, 1674 təchizat və ləvazimatlar, 154 optik və digər cihazlar, 22 zirehli texnika, 75 avtomobil texnikası və 21 qoşqu. **
B.Rüstəmbəyov