Çərşənbə axşamı Azərbaycan hökuməti Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə növbəti humanitar yardım göndərib.
“Ağdamdan içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili göndərilib. Həmçinin, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün növbəti təcili tibbi yardım maşını yola salınıb”, - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat verir.
Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb. **
B.Rüstəmbəyov